“Türkiyənin seçdiyi peyvəndi almağa qərar verdik” - Ramin Bayramlı 

“Türkiyənin seçdiyi peyvəndi almağa qərar verdik” -  Ramin Bayramlı 
  29 Dekabr 2020    Oxunub:6366
"Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın gələn ilin yanvar ayının əvvəlindən başlanmasını gözləyirik”.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan vətəndaşları eyni anda koronavirusa qarşı peyvənd olunacaqlar.

R. Bayramlı peyvəndin vətəndaşlara pulsuz vurulacağını qeyd edib: "Biz Türkiyənin seçdiyi peyvəndə inanırıq və Türkiyənin aldığı peyvəndi almağa qərar verdik. Bununla bağlı müqavilələlər imzalanıb. Hər sahədə olduğu kimi pandemiya ilə mübarizədə də qardaş Türkiyə ilə birgə addımlayacağıq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Peyvənd  






Xəbər lenti